|
Ətraf mühitin təhlükəsizlik sistemləri
|
|
Ətraf mühitin təhlükəsizlik sistemləri binanın daxili qorumasının xaricində hüdud təhlükəsizliyi üçün təsis edilir. Hüdudları müəyyən olunan əraziyə xarici vətəndaşların daxil olmaq təşəbbüslərinin 24 saat müddətlə dərk edilməsi sisteminin əsasıdır.
TAC TECHNO CENTER sizə üç ayrı inkişaf etmiş texnologiyadan ibarət olan üç fərqli sistemi təqdim edir. Sistemin qurulmasını istədiyiniz bölgədə təcrübəli mühəndislərimizin apardığı texniki araşdırma və kəşf ilə ehtiyacınıza və ətraf mühit şərtlərinə uyğun olan texnologiyaya sahib olan sistem müəyyən olunacaq və layihələndiriləcəkdir.
|
Aktiv infra-qırmızı çəpər tətbiqi (infra-qırmızı şüa texnologiyası)
Alıcı və verici vahidlərin yaratdığı bir qrupdur. Bu iki vahid arasında “infra-qırmızı şüa dəstəsi” mövcuddur. Vericinin göndərdiyi şüa alıcı tərəfindən müntəzəm olaraq yoxlanılır. Araya bir cismin girərək (tənzim oluna bilən həssaslıq və müddətdə) şüanın göndərilməsinə mane olması həyəcan siqnalı vəziyyətini yaradır. Alıcı və verici sensorlar arasında divar, bitki kimi fiziki əngəl olmamalıdır. Daha çox yaşayış yerləri və kiçik müəssisələrdə üstünlük verilən “müvafiq maya dəyərli” bir sistemdir.
.
|

|
 |
|

|
Sensor kabel tətbİqİ (məftil hörgü üzərində və torpaq altında fibra optic texnologiyası)
Bu sistemdə mövcud olan məftil hörgü üzərində və ya torpaq altında “xüsusi bir kabel” çəkilir. Məftil hörgü kifayət edən yüksəklikdə və gərginlikdə olmalı, həmçinin torpağın altına çəkiləcəksə müəyyən bir sahə boş qalmalıdır. Məftil hörgü tətbiqində məftil hörgüyə çıxılması, üstündən və ya altından keçilməsi zamanı həyəcan siqnalı vəziyyəti yaranır. Həmçinin torpaq altındakı tətbiqlərdə torpağa basılması ilə həyəcan siqnalı işə düşür. Çəkilən sensor kabelin içində “lazer şüa” mövcuddur. Müəyyən olunmuş limit üzərindəki əsmə və ya təzyiq tətbiqi şüanın kəsilməsinə səbəb olur. Sistem bu vəziyyəti həyəcan siqnalı kimi qəbul edəcəkdir. İqlim və ətraf mühit şərtlərinə görə fərqli həssaslığı tənzimləyə bilən bu sistem “peşəkar tətbiqlərdə ən çox üstünlük verilən sistem olmaq” xüsusiyyətindədir. Əksəriyyətlə yüksək riskli yerlərdə, çətin ərazi quruluşu və çətin iqlim şərtlərinə sahib olan ərazilərdə istifadə olunur.
|
 |
 |
 |
|
Aktiv çəpər və sensor kabel tətbiqlərində qapalı dövrə tv sistemi inteqrasiyası
Hər iki sistem də CCTV sistemi ilə inteqrasiya edilərək daha peşəkar şəkildə istifadə oluna bilər. Bu inteqrasiyada ətraf mühitə yerləşdiriləcək kameralar ilə həyəcan siqnalının gəldiyi bölgə səsli xəbərdarlıqla birlikdə avtomatik olaraq ekrana gəlir. İstifadə olunan yüksək sürət və zoom xüsusiyyətli speed dome kameralar həyəcan siqnalının gəldiyi əraziyə avtomatik olaraq istiqamətlənir və zoom edərək təsviri yaxınlaşdırır. Beləliklə həyəcan siqnalını ・nəyin・ işə saldığı məlum olur. Həyəcan siqnalından əvvəl, həyəcan siqnalı zamanı və sonra müəyyən olunan müddət ərzində rəqəmsal qeydiyyat cihazına real zamanlı olaraq qeyd edilir və daha sonra qeydiyyat cihazı üzərində həyəcan siqnalları bir düymə ilə siyahıya alınaraq təcrübi olaraq görülə bilər.
|
|
|
 |
 |
|
Video motion sensor (Video hərəkət detektoru texnologiyası)
Qapalı dövrə TV sisteminin ・çevrənin təhlükəsizlik məqsədli・ olaraq istifadə olunması texnologiyasıdır.
1 kameradan 1000 kameraya qədər tətbiq oluna bilər. Kameradan gələn video siqnalları Video Hərəkət Detektoruna daxil olunur. Video Hərəkət Detektoru hər bir kameranın təsvirini öz yaddaşına qeyd edir və təsvirdəki dəyişiklikləri təhlükə siqnalı kimi qəbul edir. Bu çox professional sistemdə hər bir kamera üçün ayrı-ayrı dəqiqlik tənzimləmələri hazırlanır, gecə-gündüz işıq gücünün əsaslanma dəyərlərinə daxil olunur.
Çevrənin təhlükəsizlik sistemlərində, sistemin yaradılma məqsədinin müəyyən olunması və bu istiqamətdə həyata keçiriləcək risk analizi ilə sahənin kəşf olunması böyük əhəmiyyət daşıyır. İstifadə olunacaq bütün texnologiyaların fərqli qazanc və itkiləri vardır. Uyğun gələn məhsulun və sistemin seçilməsi təcrübə zəruriliyini tələb edən bir işdir.
1990-cı ildən etibarən A.G.M.& TAC TECHNO CENTER-in təcrübəli heyəti, apardığı texniki araşdırma ilə ətraf mühitin şərtlərinə ən uyğun, maksimum uğur əldə edəcək sistemi layihələndirməkdə inana biləcəyiniz mütəxəssisdir.
|
|
|
|